“Bitcoin”in qiyməti 120 min dollara qalxa bilər

Böyük Britaniyanın "Standard Chartered" bankının analitikləri hesab edirlər ki, 2023-cü ildə ilk kriptovalyutanın məzənnəsi 50 min dollara, 2024-cü ilin sonunda isə 120 min dollara çata bilər.

meqale.com oxuya istinadən bildirir ki, belə vəziyyət hasilatçıları daha çox kriptovalyuta yığmağa təşviq edəcək.

Hələ aprel ayında "Standard Chartered" 2024-cü ilin sonu üçün 100 min dollarlıq "Bitcoin" qiymət proqnozunu dərc edərək, kripto qışının sona çatdığını bəyan etmişdi. İndi isə bankın aparıcı valyuta analitiklərindən biri Ceff Kendrik deyir ki, hazırda bu proqnoza 20% əlavə etmək lazımdır.