Bakıda restoranda kütləvi dava düşüb, bıçaqlananlar var

Bakının Binəqədi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Bakıda restoranda kütləvi dava düşüb, bıçaqlananlar var
Bakının Binəqədi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə 7-ci mikrorayonda qeydə alınıb.

Belə ki, iaşə obyektində müştərilər arasında dava düşüb.

Dava zamanı 1987-ci il təvəllüdlü Samir Xıdır oğlu Rəfiyev və 1986-ci il təvəllüdlü Müşfiq Kamran oğlu Cəfərov bədənin müxtəlif nahiyələrindən bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.