Bağlı qapılar arxasında üçtərəfli görüş
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər.
meqale.com TRT kanalına istinadən xəbər verir ki, görüş mətbuata bağlı qapılar arxasında keçirilir.
NATO sammitindən əvvəl Ərdoğan bildirib ki, Türkiyə Avropa İttifaqı üzvlüyünə maneələri aradan qaldırmaq müqabilində İsveçin alyansa qoşulmaq istəyini dəstəkləyəcək.