Atlantik okeanda yüzlərlə insan itkin düşüb
Seneqaldan İspaniyaya məxsus Kanar adalarına gedən 3 qayıq Atlantik okeanının sularında itib.
meqale.com oxuya istinadən bildirir ki, miqrantları Avropaya daşıyan "Caminando Fronteras" qeyri-hökumət təşkilatının nümayəndəsi Helena Maleno bildirib ki, qayıqlarda ümumilikdə 300 nəfər olub.
Onun sözlərinə görə, qayıqların birində təxminən 65 nəfər, digərində isə 50-60 nəfər olub. Onlar 15 gün əvvəl yoxa çıxıblar. Göyərtəsində təxminən 200 nəfərin olduğu başqa bir gəmi iyunun 27-də Seneqalı tərk edib və o vaxtdan bəri harada olduğu bilinmir.